ADA Universitetində ümummilli lider Heydər Əiyevin xatirəsi anılıb.
Bununla bağlı keçirilən tədbirdə tələbə və müəllim heyəti qarşısında Azərbaycan Respublikası Prezidenti katibliyinin sabiq rəisi, tarix üzrə elmlər doktoru, professor Dilarə Seyidzadə çıxış edib.
Uzun illər xalqımızın ümummilli lideri Heydər Əliyevlə birgə çalışmış Dilarə Seyidzadə Ulu Öndərlə bağlı xatirələrini bölüşüb. O vurğulayıb ki, Heydər Əliyev ictimai xadim kimi fəaliyyətinin hər addımında Azərbaycanın milli maraqlarını və Azərbaycan vətəndaşının rifahını üstün tutub. Onun yüksək insani keyfiyyətləri ictimaiyyətlə görüşlərində, xalqla təmaslarında hər dəfə özünü büruzə verib. Belə epizodlardan birini bölüşən Dilarə Seyidzadə bildirib ki, xüsusilə qaçqın və məcburi köçkün düşən əhalinin vəziyyəti Ulu Öndəri narahat edirdi. Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi uğrunda yorulmadan xidmət göstərən Heydər Əliyev beynəlxalq platformalarda ölkənin inkişafının sürətlənməsi istiqamətində gərgin iş aparıb. Dilarə Seyidzadə Ulu Öndərin Azərbaycana nə qədər dərin məhəbbətlə bağlı olduğunu, Vətəni uğrunda dayanmadan çalışmağa hazır olduğunu nümunələrlə diqqətə çatdırıb.
ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev professor Dilarə Seyidzadəyə gənclər qarşısında bu tarixi irslə bağlı xatirələrini bölüşdüyü üçün minnətdarlığını bildirib.
Anım tədbirinə öz xatirələrini də qatan rektor Hafiz Paşayev Azərbaycanın ABŞ-da ilk səfiri olduğu dövrdə dahi lider Heydər Əliyevi səfərlərdə müşayiət etməsindən danışıb. Bildirib ki, olduqca gərgin iş qrafiki ilə seçilən Ulu Öndərin xarici səfərləri daim dövlət müstəqilliyinin qorunması və Azərbaycanın inkişaf strategiyasına dəstək qazanmağa yönəlib. Hafiz Paşayev Ümummilli Liderin fəaliyyətini əsl diplomatiya məktəbi kimi qiymətləndirib.
Tehsil-press.az