Ulu Öndərin əziz xatirəsi ürəklərdə yaşayacaq

Ulu Öndərin əziz xatirəsi ürəklərdə yaşayacaq Tədbirdə bu ali məktəbin rektoru, professor Mustafa Babanlı ümummilli lider Heydər Əliyevin müstəsna tarixi xidmətlərindən, böyük xilaskarlıq rolundan danışıb.
Ulu öndər Heydər Əliyev siyasətinin əhəmiyyətini vurğulayan rektor dahi rəhbərin ideyalarının Prezident İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirildiyini bildirib.
Professor M.Babanlı Ümummilli Liderin elmin, təhsilin, mədəniyyətin inkişafına daim xüsusi diqqət və qayğı göstərdiyini xatırladıb.
1988-1992-ci illərdə Azərbaycanın parçalanmaq və dağılmaq təhlükəsi ilə üzləşdiyini qeyd edən professor Hüseynbala Mirələmov 1993-cü ildə xalqın təkidli tələbi ilə ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra bu təhlükənin sovuşduğunu, ölkəmizin böyük inkişaf yoluna çıxdığını diqqətə çatdırıb.
H.Mirələmov Azərbaycanın sürətlə inkişaf etdiyini vurğulayıb.
ADNSU Yeni Azərbaycan Partiyası ilk təşkilatının sədri, dosent Tamilla Naibova ümummilli lider Heydər Əliyev zəngin dövlətçilik irsinin əhəmiyyətindən bəhs edib, dahi rəhbərin əziz xatirəsinin ürəklərdə daim yaşayacağını vurğulayıb.

Hikmət Əliyev


Ulu Öndərin əziz xatirəsi ürəklərdə yaşayacaq

Oxşar xəbərlər