AzTU-nun tələbəsi dünya kuboku yarışının qalibi olub

AzTU-nun tələbəsi dünya kuboku yarışının qalibi olub Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan Juboksinq citsu üzrə növbəti dünya kuboku yarışı keçirilib.
Yarışa dünyanın 9 ölkəsindən müxtəlif çəki dərəcələrindən olan idmançılar qatılıb. Ölkəmizi 55 kq çəki dərəcəsində təmsil edən Azərbaycan Texniki Universitetinin (AzTU) Maşınqayırma və robototexnika fakültəsinin 3-cü kurs tələbəsi Əli Hacıyev bütün rəqiblərinə qalib gələrək birinci yerə layiq görülüb.
Rektor Vilayət Vəliyev idmançı tələbə və onun məşqçisi Hikmət Mahmudovla görüşüb, onları qələbə münasibətilə təbrik edib, gələcəkdə daha böyük uğurlar arzulayıb.

Tehsil-press.az

Oxşar xəbərlər