AzTU və Boğaziçi Universiteti əməkdaşlığı genişləndirir

AzTU və Boğaziçi Universiteti əməkdaşlığı genişləndirir Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev İstanbulda Türkiyənin Boğaziçi Universitetinin rektoru, professor Mehmed Özkanla görüşüb.
Rektor Vilayət Vəliyev həmkarının dəvəti ilə Dünya Elektromobil Birliyinin (WEVA) Avropa qolunun üzvü olan “AVERE” Türkiyə elektromobil şirkətlərinin məhsul və xidmətlərinin payız festivalında iştirak edib.
Festival çərçivəsində rektor Vilayət Vəliyev elektrik maşınları sərgisinə baxıb, pilotsuz nəqliyyat vasitələri - süni intellekt və robototexnika üzrə konfransa qatılıb.
Konfransdan sonra rektorlar arasında keçirilən görüşdə AzTU ilə Boğaziçi Universiteti arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edilib. Həmçinin AzTU-nun “AVERE” Türkiyənin üzvü olaraq fəaliyyətə başlaması istiqamətində razılıq əldə edilib.

Tehsil-press.az

Oxşar xəbərlər