Azərbaycan Texniki Universitetinin rektoru birinci kurs tələbələri ilə görüşüb

Azərbaycan Texniki Universitetinin rektoru birinci kurs tələbələri ilə görüşüb Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru, professor Vilayət Vəliyev sentyabrın 23-də birinci kurs tələbələri ilə görüşüb.
Yenicə tələbə adını qazanan gəncləri təbrik edən rektor Vilayət Vəliyev Texniki Universiteti digər ali məktəblərdən fərqli edən cəhətləri diqqətə çatdırıb. AzTU-da təcrübəli professor-müəllim heyətinin çalışdığını qeyd edən rektor tələbə-müəllim münasibətlərindən danışıb, yeni tədris ilində ciddi dəyişikliklərin gözlənildiyini bildirib. O, yaşadığımız elmi-texnoloji inqilablar dövründə müasir təhsil üsullarından istifadənin zəruriliyini vurğulayıb.
“Mən sizin dostunuz olacağam!” -deyən rektor tələbələrə hərtərəfli dəstək verəcəyini bildirib, elmi şuranın növbəti iclasında Texniki Universitetin fəaliyyəti və gələcək inkişafı üçün önəmli məsələlərin müzakirə ediləcəyini qeyd edib.
Sonda tələbələrin sualları cavablandırılıb.

AzTU-nun Mətbuat Xidməti

Oxşar xəbərlər