Azərbaycan çempionu Kosovo klubuna qalib gəldi

Azərbaycan çempionu Kosovo klubuna qalib gəldi Azərbaycan çempionu “Araz” futzal üzrə UEFA kubokunun əsas mərhələsində ikinci oyununa çıxıb.

Təmsilçimiz Makedoniyanın paytaxtı Skopyedəki “Boris Traykovski” adına İdman Mərkəzində Kosovo çempionu “Feniks” komandasını minimal hesabla məğlub edib. Yeganə qolu matçın 11-ci dəqiqəsində Xətai Bağırov vurub. Xatırladaq ki, “Araz” klubu ilk turda “Tbilisi Dövlət Univetsiteti” komandasını 7:1 hesabı darmadağın edib, “Feniks” isə Makedoniyanın “Jelezarets” klubu üzərində 5:0 hesablı qələbə qazanıb.


Tehsil-press.az

Oxşar xəbərlər