Azərbaycan Texnologiya Universiteti tələbələri diqqətli olmağa səsləyib. “Tələbə, diqqətli ol!” devizinin məqsədi qida və ya dəm qazı zəhərlənməsi ilə qarşılaşma hallarının qarşısının alınmasıdır.
Diskusiya şəraitində keçirilən görüşdə tələbələri qida zəhərlənməsi hallarından sığortalanmağın yolları barədə Azərbaycan Dövlət Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisi Fərmayıl Qəhrəmanov maarifləndirib. O, ərzaq alış-verişində diqqətli olmağı tövsiyə edərək bildirib ki, vaxtı ötmüş, istehsal tarixi göstərilməyən yaxud təkrar etiket yapışdırıldığı görünən, kustar üsulla qablaşdırılmış məhsullardan uzaq durmaq lazımdır. Qurum nümayəndəsi hər hansı neqativ hallarla rastlaşan zaman AQTA-nın 1003 çağrı xidmətilə əlaqə saxlamağı məsləhət görüb, tələbələri maraqlandıran sualları cavablandırıb.
Fövqəladə hallar Nazirliyinin Gəncə Regional Bölməsinin əməkdaşı Bəhayi Nəsirov isə dəm qazı təlükəsi barədə çıxış edib. Qeyd edib ki, qış mövsümündə dəm qazı zəhərlənmələri daha da aktuallaşır. Buna görə də tələbələr daha diqqətli olmalı, qazdan istifadə qaydalarına düzgün əməl etməli, mənzilin, eləcə də yuyunma otağının havalandırma sistemini, isitmə cihazlarını mütəmadi kontrol etməlidirlər. Bölmə əməkdaşı dəm qazı ilə zəhərlənmə zamanı ilkin yardımın göstərilməsi qaydalarını izah edib, ünvanlanan suallara aydınlıq gətirib.
UTECA-nın müəllimi Elçin Məmmədov və universitetin qida mühəndisliyi ixtisasının məzunu Könül Qədimova “Qida təhlükəsizliyi” və “Təhlükəsiz qida ilə sağılam gələcəyə” başlıqlı mövzularla çıxış ediblər, tez zəhərlənməylə bağlı risk qrupuna aid olan məhsullar barədə məlumat veriblər.
UTECA-nın tərbiyə işləri üzrə prorektor əvəzi Mətanət Əhmədova sonda tələbələri bir daha diqqətli olmağa səsləyərək bildirib ki, son zamanlar Kütləvi İnformasiya Vasitələrində qida və dəm qazı zəhərlənmələri ilə bağlı xəbərlərə tez-tez rast gəlirik. Tələbələri FHN və AQTA kimi qurumların nümayəndələrilə görüşdürülməsinin məqsədi də hər hansı bəxbəxt hadisənin qarşısının alınmasına, tələbələrin məişət təhlükəsizliyinin təmin edilməsinə, onların bu işdə maarifləndirilməsinə və sağlam gələcəyə hesablanıb.

UTECA-nın Mətbuat Xidməti