Tacikistanda dəbli hicaba görə 10 qadın saxlanıldı

Tacikistanda dəbli hicaba görə 10 qadın saxlanıldı Tacikistanın paytaxtı Düşənbədə hicab geyinməklə bağlı ölkə qanununu pozan qadınlara qarşı əməliyyat keçirilib.
Polis və Qadın Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşları fərqli hicabda olan 10-a yaxın qadını şöbəyə aparıblar.
Məlumata görə, saxlanılan qadınlarla tacik adətlərinə yad olan hicab barədə profilaktik söhbət ediblər və sonra sərbəst buraxıblar.
Tacikistan Daxili İşlər Nazirliyinin rəhbəri Umarjon Emoməlinin sözlərinə görə, polis qadınları hicab taxdıqlarına görə həbs etmir, ancaq bir qayda olaraq onlarla yalnız izahlı söhbət aparır.
Qeyd etmək lazımdır ki, respublikada bir neçə ildir ki, məktəblər, ofislər və ictimai yerlərdə dəbli hicab geyinməyə qadağa qoyulub. Bu qayda milli mədəniyyətə zidd olan geyim atributlarına və xaricdən tətbiq olunan dini ekstremist fikirlərə qarşı ideoloji mübarizəyə qarşı geniş bir kampaniyaya şamil olunur. Tacikistan hakimiyyəti son illər bu məsələ ilə əlaqədar əhali ilə profilaktik iş aparır.

Tehsil-press.az

Oxşar xəbərlər