Bakı Dövlət Universitetində (BDU) “Məktəblilərarası astronomiya olimpiadası”nın qalibləri mükafatlandırılıb.
Təşkilat komitəsinin qərarına əsasən, ən yaxşı nəticə göstərmiş 3 şagird - Hikmət Güləliyev, Rəvan Quluzadə, Ayhan Süleymanzadə 1-ci yerə, 4 şagird - Toğrul Məmmədov, Rəşad Rəhimzadə, Nahid Əliyev, Şüeyib Aslanlı 2-ci yerə, 7 şagird - Azər Rzayev, Riyad Əlipaşalı, Vaqif Əliyev, Elşad İsgəndərli, Elxan Haqverdiyev, Murad Həsənov, Ramin Qasımlı isə 3-cü yerə layiq görülüblər.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov qalibləri təbrik edərək əldə olunan təcrübənin gələcək olimpiadalarda daha böyük nailiyyətlərə imkan yaradacağına inamını ifadə edib.
Bütün iştirakçılara hədiyyə və sertifikatlar verilib, qaliblər isə diplom və xüsusi mükafatlarla təltif olunublar.
Qeyd edək ki, IX və X sinif şagirdləri arasında keçirilən olimpiadanın əsas məqsədi şagirdlər arasında astronomiya sahəsinə marağın artırılması, təhsil sistemində astronomiyaya geniş yer verilməsi üçün cəmiyyətin bu sahəyə daha çox təşviq edilməsi və rəqabət mühitinin formalaşdırılmasıdır. BDU, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi, Şamaxı Astrofizika Rəsədxanası və Tusi-Bohm Planetariumun təşkilatçılığı ilə reallaşan “Məktəblilərarası astronomiya olimpiadası” Təhsil Nazirliyinin inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsi çərçivəsində keçirilib.
Tehsil-press.az