İyulun 21-i bəşər övladının Aya ayaq basmasının 50-ci ildönümü tamam olur.
Bəşəriyyət üçün böyük sıçrayış olan bu əlamətdar günlə əlaqədar Beynəlxalq Astronomiya Birliyinin təşkilatçılığı ilə “Biz eyni Ayı bölüşürük” layihəsi çərçivəsində dünyanın 120 ölkəsində müxtəlif tədbirlər keçirilir. AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası (ŞAR) da bu tarixi günlə əlaqədar iyulun 20-də ŞAR-da və Tusi-Bohm Planetariumda “Açıq qapı” günü elan edir.
“Açıq qapı” gününün proqramına Şamaxı Astrofizika Rəsədxanasında gündüz ekskursiyası – muzey və 70 santimetrlik teleskopla tanışlıq, Tusi-Bohm Planetariumda isə 50 illiklə bağlı film nümayişi, seminar və teleskopla müşahidə daxildir.
Tehsil-press.az