ABŞ Yaxın Şərqə təxminən 750 hərbçi göndərəcək

ABŞ Yaxın Şərqə təxminən 750 hərbçi göndərəcək ABŞ Bağdaddakı səfirliyinə edilən hücum ilə əlaqədar regiona təxminən 750 hərbçi göndərəcək.
Bunu öz "Twitter" səhifəsində ABŞ-ın müdaifə naziri Mark Esper yazıb.
M.Esper bildirib: "Təxminən 750 hərbçi dərhal bölgəyə yerləşdiriləcək. Əlavə qüvvələr də yaxın günlərdə göndərilməyə hazırdır".
Nazir vurğulayıb ki, ABŞ vətəndaşlarını və maraqlarını harada olursa olsun qoruyacaq.

Tehsil-press.az



Oxşar xəbərlər