İranın 100-ə yaxın yaşayış məntəqəsində etiraz aksiyası keçirilib

İranın 100-ə yaxın yaşayış məntəqəsində etiraz aksiyası keçirilib İranın 100-ə yaxın yaşayış məntəqəsində yanacağın qiymətinin qaldırılması ilə əlaqədar etiraz aksiyası keçirilib.
Aksiya iştirakçılarının böyük hissəsi iğtişaşlarda və polislə toqquşmalarda iştirak etməyib.
Məlumata əsasən, ötən iki gün ərzində təxminən min nəfər aksiya iştirakçısı saxlanılıb.
Bildirilir ki, ümumilikdə aksiyalarda təxminən 87,5 min insan iştirak edib. Onlardan 82 mindən artığı kişi olub.
Həmçinin qeyd edilir ki, etirazçıların bir hissəsi polislərə hücum edib, bankların ofislərini, mağazaları yandırmağa çalışıb. Ümumilkdə təxminən 100 yerli maliyyə qurumunun nümayəndiliyi yandırılıb və ya qarət edilib.

Tehsil-press.az

Oxşar xəbərlər