Bu gündən Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) payız semestrinin imtahan sessiyasına start verilib.
İmtahanlar yazılı, test üsulu əsasında və qabiliyyət tələb edən fənlər üzrə ənənəvi qaydada keçiriləcək.
2019-2020-ci tədris ilinin payız semestrinin imtahan sessiyasını Təhsil Nazirliyinin mövcud qaydalarına uyğun təşkil etmək, tələbələrin biliyinin qiymətəndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək məqsədilə AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova tənzimləyici əmr imzalayıb.
Əmrə əsasən, yazılı imtahan işlərinin şifrələnməsi, işlərin qiymətləndirilməsi üçün ekspertlərə təqdim olunması, yoxlama prosesinə nəzarət, şifrələrin açılması, universitetin elektron səhifəsinə daxil edilməsi işləri üzrə universitetin müəllimlərindən, əməkdaşlarından ibarət işçi qrup formalaşdırılıb. İmtahan biletlərinin çap olunması, qruplar əsasında komplektləşdirilməsi və nəzarət qrupuna təqdimatı üzrə yaradılan işçi qrupuna bakalavr səviyyəsi üzrə Mehdi Soltanov, magistratura səviyyəsi üzrə Rövşən Səmədov rəhbərlik edəcək.
Sessiyanın gedişi zamanı imtahanların nəticəsindən yarana biləcək narazılıqların, neqativ halların mövcud qaydada araşdırılması və həll edilməsi məqsədilə AzMİU-nun rəhbər və məsul şəxslərindən, universitetdə fəaliyyət göstərən ictimai təşkilatların nümayəndələrindən ibarət imtahan qərargahı yaradılıb. Sessiya dövründə birbaşa rektorun özünün sədrliyi ilə yaradılmış münaqişə komissiyasında imtahan bitdikdən sonra nəticələr barədə onlayn şikayətlərə baxılacaq və aşkar edilmiş çatışmazlıqlar aradan qaldırılacaq.

AzMİU-nun Mətbuat Xidməti