AzMİU-da imtahan sessiyası yekunlaşır

AzMİU-da imtahan sessiyası yekunlaşır Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) yanvarın 4-dən start verilən 2018-2019-cu tədris ilinin payız semestrinin imtahan sessiyası artıq yekunlaşmaq üzrədir. Fevralın 1-də imtahan sessiyası sona çatacaq, bundan sonra nəticələrdən narazı qalan, imtahandan kəsilən tələbələrin işlərinə baxılacaq.
Sessiyanın gedişi zamanı imtahanların nəticəsindən yarana biləcək narazılıqların mövcud qaydada araşdırılması və həll edilməsi məqsədi ilə yaradılmış İmtahan Qərargahından aldığımız məlumata görə, bu günə qədər qərargaha 424 şikayət daxil olub. 293-ü yazılı, 131-i test imtahanlarından olan şikayətlər araşdırılır, onlardan hələlik 16-sı müsbət həll olunub. İmtahan Qərargahının sədri Surxay Əliyev bildirib ki, hər gün imtahanlar keçirildiyi üçün tələbələrdən şikayətlər mütəmadi daxil olur. Yanvarın 31-nə qədər şikayətlərlə bağlı bütün məlumatlar toplanacaq, araşdırılaraq obyektiv qiymət veriləcək.
Məlumat üçün qeyd edək ki, AzMİU-da imtahanlar bir qayda olaraq yazılı və test formasında aparılır, bəzi qabiliyyət tələb edən fənlərdən (Memarlıq fakültəsində) isə qiymətləndirilmə keçirilir. İmtahanların şəffaf və obyektiv keçirilməsi məqsədilə universitetdə Appelyasiya Komissiyası fəaliyyət göstərir, eyni zamanda universitet üzrə “Qaynar xətt” yaradılıb, bütün tədris binalarında müraciət və təkliflər qutuları asılıb. Bütün bunlarla yanaşı, universitetin rektoru şəxsən özü imtahan prosesini müşahidə edir, tələbələrin onlayn qaydada etdikləri müraciətlərə baxır və müvafiq tapşırıqlarını verir.

AzMİU-nun Mətbuat Xidməti



AzMİU-da imtahan sessiyası yekunlaşır

AzMİU-da imtahan sessiyası yekunlaşır

Oxşar xəbərlər