Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Aşqarlar Kimyası İnstitutunda Elmi şuranın AMEA-nın ümumi yığıncağında qarşıya qoyulan vəzifələrin müzakirəsinə həsr olunan genişləndirilmiş iclası keçirilib.
Iclasda elmi müəssisənin direktoru, akademik Vaqif Fərzəliyev AMEA-nın ümumi yığıncağında akademik Ramiz Mehdiyevin verdiyi tapşırıq və tövsiyələrin müasir dövrdə elmin qarşısında duran vəzifələrin uğurla həyata keçirilməsi baxımından əhəmiyyətini, mövcud problemlərin aradan qaldırılması üçün hər bir elmi işçinin üzərinə düşən vəzifələri yerinə yetirməsinin vacibliyini qeyd edib. Vurğulayıb ki, Rəyasət Heyətinin iclasında akademiyada əldə edilmiş uğurlarla yanaşı, onun strukturunda müəyyən dəyişikliklər aparılması, elmi prioritetlərin seçilməsi, Azərbaycan iqtisadiyyatı üçün prioritet istiqamətlərdə elmi tədqiqatların aparılması vacib vəzifə kimi müəyyənləşdirilib.
Vaqif Fərzəliyev akademiyanın Rəyasət Heyəti və elmi-tədqiqat müəssisələrində struktur islahatlarının aparılması və idarəetmənin təkmilləşdirilməsi, elmi infrastrukturun modernləşdirilməsi, elmi işçilərin attestasiyasının aparılması və elmi kadrların hazırlanması sisteminin keyfiyyətcə yaxşılaşdırılması, eləcə də elm, təhsil və iqtisadiyyatın inteqrasiyasının dərinləşdirilməsi ilə bağlı irəli sürülmüş məsələlərdən də danışıb. O, institutda istər fundamental, istərsə də tətbiqi sahədə indiyə qədər mühüm elmi nəticələr əldə olunduğunu, amma onların daha da genişləndirilməsinin zəruriliyini vurğulayıb.
Vaqif Fərzəliyev institutda aparılan tədqiqatların keyfiyyətinin daha da yüksəldilməsi üçün elmi işçilərin 2015-2019-cu illəri əhatə etməklə son 5 illik elmi fəaliyyətinin qiymətləndirilməsinin aparılmasından ötrü elmi katibliyə və müvafiq laboratoriya rəhbərlərinə tapşırıqlar verib.
İclasda çıxış edən əməkdaşlar dünya elminə inteqrasiya, innovasiya fəaliyyətinin genişləndirilməsi, elmi nəticələrin tətbiqi, beynəlxalq əlaqələrin inkişafı, institutda əldə olunan nailiyyətlərin geniş ictimaiyyətə çatdırılmasına dair öz təkliflərini bildiriblər.
Tehsil-press.az