Azərbaycan Milli Elmlər Akademiyasının akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun laboratoriya müdiri, kimya üzrə elmlər doktoru, dosent Əfsun Sucayev Belarus Respublikasının Qrodno şəhərində yerləşən Bioaktiv Maddələrin Biokimyası İnstitutunda elmi ezamiyyətdə olub.
Səfər iki institutun birgə həyata keçirdikləri, 2018-2020-ci illər üçün nəzərdə tutulan “Bioloji fəal maddələrin sintezi, kimyəvi modifikasiyası və onların əsasında bioloji aktiv əlavələr və dərmanların yaradılması” müştərək beynəlxalq layihə çərçivəsində təşkil olunub.
Gənc alim Bioaktiv Maddələrin Biokimyası İnstitutunun direktoru, professor İqor Semenenya ilə görüşərək, təmsil olunduğu institutun fəaliyyəti, əsas elmi istiqamətləri, əldə olunan elmi nəticələr və beynəlxalq əməkdaşlıq çərçivəsində yerinə yetirilən işlər haqqında məlumat verib.
Əfsun Sucayev bu elmi müəssisənin Biorequlyator laboratoriyasında təqdimatla çıxış edib. Müştərək layihənin Belarus tərəfdən həmrəhbəri, Molekulyar genetika sektorunun rəhbəri Aleksey Şuriberko ilə indiyə qədər aparılan elmi tədqiqat işlərinin əsas nəticələrini və növbəti mərhələdə nəzərdə tutulan perspektiv işlərin planını müzakirə edib.
Geniş fikir mübadiləsindən sonra qərara alınıb ki, indiyə qədər aparılan tədqiqat zamanı əldə olunan mühüm nəticələr nüfuzlu xarici jurnalda dərc olunmaqla, Aşqarlar Kimyası İnstitutunda sintez edilən yeni bioloji fəal birləşmələr əsasında bioloji fəal əlavələrin və dərman preparatlarının yaradılması, eyni zamanda, alınacaq bioloji fəal əlavələrin və dərman preparatlarının effektivliyinin heyvanlar üzərində eksperimental modellərdə qiymətləndirilməsi işləri daha da genişləndirilsin.
Gənc alim institutun müvafiq laboratoriyalar və sınaq tədqiqatların aparıldığı kiçik heyvanların saxlanıldığı vivariumla da tanış olub.
Tehsil-press.az