Aşqarlar Kimyası İnstitutu Ukraynanın xüsusi texnika istehsal edən zavodu ilə əməkdaşlıq edəcək

Aşqarlar Kimyası İnstitutu Ukraynanın xüsusi texnika istehsal edən zavodu ilə əməkdaşlıq edəcək Azərbaycan Milli Elmlər Akademiyasının Aşqarlar Kimyası İnstitutunda Ukraynanın xüsusi texnika istehsal edən “Malışev аdınа zavod”unun baş direktorunun müavini Andrey Malakey və mühərrikqayırma üzrə baş konstruktor Y.Ovçarovla görüş keçirilib.
Daha əvvəl Aşqarlar Kimyası İnstitutu “
Malışev аdınа zavod”a xüsusi təyinatlı dizel mühərrikləri üçün “M-16İXP-3” tipli yeni motor yağlarının yaradılması və tətbiqi sahəsində əməkdaşlığı davam etdirmək təklifi ilə müraciət edib. İki təşkilat arasında elmi-texniki əməkdaşlığı müzakirə etmək üçün zavodun əməkdaşları АМЕА-уа ezam olunublar.
Aşqarlar Kimyası İnstitutundan Ta bildirilib ki, görüşdə akademik Vaqif Fərzəliyev qonaqlara institutun imkanları, laboratoriyalarda aparılan elmi tədqiqatlar haqqında məlumat verib. O, əməkdaşlığın tərəflər üçün faydalı olacağına ümid etdiyini bildirib.
Xatırladaq ki, SSRİ dövründə Müdafiə Sənaye Kompleksinin tapşırığı ilə АМЕА Aşqarlar Kimyası İnstitutu Ukraynanın xüsusi texnika istehsal edən “Malışev аdınа zavod”la elmi-texniki əməkdaşlıq qurmuşdu. Əməkdaşlıq çərçivəsində institut zavodda istehsal edilən xüsusi texnika üçün motor yağı (M-l6İXP-3) yaradaraq istehsalını təşkil edib.

Tehsil-pess.az

Oxşar xəbərlər