Dendrologiya İnstitutunun laboratoriya və şöbələri hesabat verib

Dendrologiya İnstitutunun laboratoriya və şöbələri hesabat verib Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Dendrologiya İnstitutunun elmi şurasının iclası keçirilib.
İclas elmi müəssisənin 2018-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinin yekunlarına həsr olunub. İnstitutun laboratoriya və şöbələrinın il ərzində apardıqları elmi-tədqiqat işləri, beynəlxalq konfrans və seminarlarda iştirakı, elmi və elmi-təşkilati fəaliyyətləri və tədqiqatlar zamanı əldə etdikləri mühüm nəticələr slayd şəklində şura üzvlərinin diqqətinə çatdırılıb.

Tehsil-press.az

Oxşar xəbərlər