Bu gün Bakı Dövlət Universitetində 5 mindən çox tələbə imtahan verib

Bu gün Bakı Dövlət Universitetində 5 mindən çox tələbə imtahan verib Bakı Dövlət Universitetində (BDU) Mexanika-riyaziyyat, Tətbiqi riyaziyyat və kibernetika, Fizika, Kimya, Biologiya, Coğrafiya, Geologiya, Ekologiya və torpaqşünaslıq, Beynəlxalq münasibətlər və iqtisadiyyat, Hüquq, Jurnalistika, Şərqşünaslıq, Sosial elmlər və psixologiya fakültələri üzrə 5333 tələbə imtahan verib.
Fizika, Biologiya və Coğrafiya fakültələri üzrə 64, Mexanika riyaziyyat, Tətbiqi riyaziyyat və kibernetika fakültələri üzrə 49, Kimya, Ekologiya və torpaqşünaslıq, Geologiya fakültələri üzrə 32, Hüquq, Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültələri üzrə 36, Jurnalistika, Sosial elmlər və psixologiya, Şərqşünaslıq fakültələri üzrə 59 olmaqla ümumilikdə 240 qrup imtahanlarda iştirak edib.
Qeyd edək ki, imtahan başa çatdıqdan sonra yazı işləri imtahana nəzarət edən müəllim-koordinatorlar tərəfindən yoxlama üçün ayrılmış auditoriyalarda rəhbər-koordinatorlara təqdim edilir. İmtahan yazı vərəqələri yoxlanıldıqdan sonra qəbul edilir və hər bir qrup üzrə tələbə sayı, imtahana gəlməyən və buraxılmayan tələbələrlə bağlı qeydlər edilir. Kodlaşma aparıldıqdan sonra müəllimlər yoxlamaya başlayırlar. Hər bir sual 0-10 bal arası qiymətləndirilir və yazılmış hər bir qiymətlə bağlı əsaslandırma aparılır.
2020-ci il yanvarın 7-dən 31-dək keçiriləcək sessiya imtahanlarında üzrlü və üzürsüz səbəblərdən iştirak etmədiklərinə görə akademik borcu yaranmış tələbələr (magistrantlar) 2020-ci il fevral ayının 3-dən 7-dək həmin fənlərdən imtahan verə biləcəklər.

Tehsil-press.az

Oxşar xəbərlər