Nazirlik rəhbər vəzifələrə işçi seçimi ilə əlaqədar müsabiqə elan edib

Nazirlik rəhbər vəzifələrə işçi seçimi ilə əlaqədar müsabiqə elan edib Göygöl, Altıağac, Hirkan, Qızılağac, Şahdağ, Samur-Yalama Milli Parklarına və Korçay, Eldar Şamı Dövlət Təbiət Qoruqlarına rəhbər vəzifələrə işə qəbul üzrə müsabiqə elan edilib. Müsabiqədə yaşı 25-dən yuxarı, ali təhsilli və rəhbər vəzifədə ən azı 5 il iş təcrübəsi olan şəxslər iştirak edə bilər.
Bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) İnsan Resurslarının İdarə Edilməsi şöbəsinin müdiri Orxan Məhərrəmli bildirib.
O qeyd edib ki, namizədlərin seçimi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, İDEA İctimai Birliyinin və Dövlət Turizm Agentliyinin mütəxəssislərindən ibarət komissiya tərəfindən həyata keçiriləcək.
“Müsabiqədə iştirak edəcək namizədlərdən idarəetmə bacarığı, sahəvi biliklər, ümumi dünyagörüşü, sahə üzrə iş təcrübəsi, natiqlik, kompyuter və xarici dil bilikləri tələb olunur”.
Şöbə müdiri onu da bildirib ki, seçimlər zamanı təbiət elmləri üzrə elmi dərəcəsi olan namizədlərə üstünlük veriləcək: “Müsabiqədə iştirak etmək istəyənlər sənədlərini (kadrların şəxsi uçot vərəqəsi, tərcümeyi-hal və ali təhsil haqqında diplomun surəti) 30 yanvar 2020-ci il tarixinədək Nazirliyin İnsan Resurslarının İdarə Edilməsi şöbəsinə təqdim etməlidirlər”.
Elanla tanış olmaq üçün aşağıdakı linkə daxil ola bilərsiniz:
http://eco.gov.az/az/nazirlik/elan?newsID=10549

Tehsil-press.az

Oxşar xəbərlər