Əlyazmalar İnstitutu vakant vəzifələri tutmaq üçün müsabiqə elan edib

Əlyazmalar İnstitutu vakant vəzifələri tutmaq üçün müsabiqə elan edib Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu vakant vəzifələri tutmaq üçün müsabiqə elan edib.
Vakant vəzifələr Ərəbdilli əlyazmaların tədqiqi şöbəsində aparıcı elmi işçi 2 yer, Şəxsi arxivlərin tədqiqi şöbəsində aparıcı elmi işçi 1 yer, Kitabşünaslıq və biblioqrafiyaşünaslıq şöbəsində aparıcı elmi işçi 1 yer, Əlyazmaların bərpası və gigiyenası laboratoriyasında aparıcı elmi işçi 1 yerdir.
Müsabiqədə uyğun ixtisaslar üzrə ali təhsili olan və elmi tədqiqatlar aparan, müvafiq elm sahələri üzrə elmi dərəcəsi olan və elmi nəticələri nüfuzlu jurnallarda dərc edilən, iş təcrübəsi olan ixtisaslı mütəxəssislər iştirak edə bilərlər.
Sənədlər 1 ay müddətində aşağıdakı ünvana təqdim edilməlidir:
Ünvan: Bakı şəhəri, İstiqlaliyyət küçəsi 26, II mərtəbə, 30-cu otaq. Telefon: (+99412) 505 68 93.

Tehsil-press.az

Oxşar xəbərlər