Ötən il Samur–Yalama Milli Parkının fəaliyyəti üçün müvafiq infrastrukturun tam təşkil edilməsi məqsədilə “Samur-Yalama Milli Parkının yaradılması” layihəsinin müddəti bir il uzadılıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentindən məlumat verilib.
“Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 7 oktyabr tarixli 403 nömrəli qərarı ilə Ağgöl Milli Parkının və Altıağac Milli Parkının sanitariya-mühafizə zonaları təsdiq edilib.
Ötən il Şəki şəhəri “Yuxarı Baş” Dövlət Tarix–Memarlıq Qoruğunun ərazisində mövcud olan irigövdəli və yaşlı on beş şərq çinarı ağacına bölgə əhəmiyyətli təbiət abidəsi statusu verilərək, “Dövlət tərəfindən qorunan dövlət təbiət abidələrinin – çox qədim ağacların siyahısı”na daxil edilib və pasportlaşdırılıb.
Təhsil-press.az