Ölkəmizdə məcburi köçkün uşaqlar üçün 583 ümumi təhsil müəssisəsi fəaliyyət göstərir

Ölkəmizdə məcburi köçkün uşaqlar üçün 583 ümumi təhsil müəssisəsi fəaliyyət göstərir 2019/2020-ci tədris ilinin əvvəlinə olan məlumata əsasən, ölkədə 57,3 min şagirdi əhatə edən 103 dövlət liseyi və gimnaziyası fəaliyyət göstərir.
Bu məlumat Dövlət Statistika Komitəsinin 2019-cu ilin yanvar-dekabr ayları üzrə statistik hesabatında əks olunub.
Hesabatda bildirilib ki, dövlət müəssisələrinin ümumi sayında məcburi köçkün uşaqlar üçün 583 ümumi təhsil müəssisəsi fəaliyyət göstərir və burada 102,1 min nəfər şagird təhsil alır.
Ötən il ümumi təhsil müəssisələrini bitirən 79,7 min məzundan 78,9 min nəfəri və ya 99,0 faizi tam orta təhsil haqqında attestat alıb.

Tehsil-press.az




Oxşar xəbərlər