Bu il Naxçıvanda 200, Bakıda 140 yerlik məktəbəqədər təhsil müəssisələri istifadəyə verilib

Bu il Naxçıvanda 200, Bakıda 140 yerlik məktəbəqədər təhsil müəssisələri istifadəyə verilib Bu ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikasında 1170 şagird yerlik 2 ümumtəhsil məktəb binası, 200 yerlik məktəbəqədər təhsil müəssisəsi istifadəyə verilib.
Bu məlumat Dövlət Statistika Komitəsinin 2019-cu ilin yanvar-avqust ayları üzrə statistik hesabatında əks olunub.
Hesabatda bildirilir ki, bu müddət ərzində Bakı şəhərində 140 yerlik məktəbəqədər təhsil müəssisəsi, eləcə də digər əhəmiyyətli obyektlər istifadəyə verilib.

Tehsil-press.az

Oxşar xəbərlər