Xəbər verdiyimiz kimi, bu il ümumi təhsil müəssisələrinin IX siniflərini 110222, XI siniflərini 88591, XII sinifləri isə 856 şagird bitirib. 12 illik təhsil sisteminə tam keçilmədiyi bir zamanda 856 şagirdin 12-ci sinfi bitirməsi diqqət çəkib.
Tehsil-press.az bildirir ki, Təhsil Nazirliyindən azvision.az-ın sorğusuna cavab olaraq deyilib ki, 12-ci sinfi bitirən 856 şagirddən 13 nəfəri saglamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbində, 843 nəfəri isə axşam (qiyabi) ümumtəhsil məktəblərində və gündüz ümumtəhsil məktəblərinin nəzdində qiyabi qruplarda təhsil alan şagirdlərdir.
"12-ci sinfi bitirən 856 şagirddən 151 nəfəri qız, 705 nəfəri isə oğlandır. Respublika üzrə 7 axşam (qiyabi) ümumtəhsil məktəbi fəaliyyət göstərir ki, bunlardan 5-i təcridxanalarda, 2-si isə kar və zəif eşidən, kor və zəif görən uşaqlar üçün axşam (qiyabi) məktəbləridir".
Tehsil-press.az