ABŞ son günlərdə Çinə səfər edənləri ölkəyə buraxmayacaq

ABŞ son günlərdə Çinə səfər edənləri ölkəyə buraxmayacaq ABŞ son 14 gün ərzində Çinə səfər etmiş amerikalılara məhdudiyyətlər, əcnəbilərin ölkəyə girişinə isə qadağa qoyur.
Bu barədə ABŞ-ın Daxili Təhlükəsizlik Nazirliyinin məlumatında deyilir.
Məlumatda bildirilir: "ABŞ-a gələcəkləri vaxtdan başlayaraq son 14 gün ərzində Çinə səfər edən xarici vətəndaşların ölkəyə girişinə icazə verilməyəcək".
Qeyd edilir ki, ABŞ-da yaxın qohumları olanlar, ABŞ-da yaşayanlar və uçuş heyətlərinin üzvləri üçün istisnalar olacaq.
Son 14 gün ərzində Hubeydə olan ABŞ vətəndaşları isə ölkəyə döndüklərində 14 gün məcburi karantinə qalmalı olacaqlar.

Tehsil-press.az

Oxşar xəbərlər