Dünyanın ən faydalı qidası odur

Dünyanın ən faydalı qidası odur Gündəlik qəbul etdiyimiz qidaların orqanizmə bir çox faydalı tərəfləri mövcuddur. Onlar tərkibindəki vitamin və minerallar sayəsində sağlamlığımızda aktiv rol oynayırlar.
Araşdırmalara görə alimlər dünyanın ən faydalı qidasını seçib.
Tədqiqatçılar badamı dünyanın ən faydalı qidası adlandırıb.
Badamın hansı faydaları var?
- Sinir sistemi və beyinin funksiyasını yaxşılaşdırır.
- Liflərin sayəsində orqanizmi ziyanlı maddələrdən təmizləyir.
- Arıqlamaq üçün mükəmməl qidadır.
- Olduqca doyurucu qüvvəyə malikdir. Badam istehlakı sizi aşağı çəkiyə qaytaracaq.
- Bir ovuc badam 163 kaloridir. Özündə 3.4 qram polidoymamış yağ, Omeqa-3, 6 qram protein və 3.5 qram lif ehtiva edir. Bu baxımdan ürək sağlamlığı üçün əvəzedilməzdir.
- Qanda şəkəri tənzimləməyə kömək edir.
- Antioksidantlarla zəngindir. Antioksidantlar bədənimizdə LDL (pis) xolesterolun iltihabı ilə mübarizə aparmaq qabiliyyətinə malikdir.
- Maqneziumla zəngindir. Bir ovuc badam gündəlik maqnezium ehtiyacının 20% -ni qarşılayır.

Tehsil-press.az

Oxşar xəbərlər