Bəzi KİV-də və sosial şəbəkələrdə Azərbaycanın sabiq Daxili İşlər naziri İsgəndər Həmidovun ölüm xəbəri yayılıb.
Bakı City Hospitaldan verilən məlumata görə, yayılan xəbər həqiqəti əks etdirmir.
Məlumata görə, İ.Həmidov hazırda reanimasiya şöbəsindədir. Onun vəziyyəti stabil olaraq qalır.
Qeyd edək ki, ötən ayın 24-də İsgəndər Həmidovun halı qəflətən pisləşib və o, huşunu itirib. Mərkəzi Klinik Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən Həmidov ötən gün "Bakı City Hospital"a aparılıb.
Tehsil-press.az