Sumqayıt şəhər Mərkəzi Uşaq Kitabxanasında bilik yarışı keçirilib

Sumqayıt şəhər Mərkəzi Uşaq Kitabxanasında bilik yarışı keçirilib Sumqayıt Regional Mədəniyyət idarəsinin dəstəyi ilə Sumqayıt şəhər Mərkəzi Uşaq Kitabxanasında şəhərin 8, 12, 16 və 38 saylı məktəblərin 7-8-ci sinif şagirdləri arasında “Azərbaycan incəsənəti: öyrənərək öyrədək” adlı viktorina keçirilib.
MUK-un böyük kitabxanaçısı Leyla Mahmudova bildirib ki, yarışın keçirilməsində məqsəd şagirdlərin intellektual səviyyəsinin yüksəldilməsinə şərait yaratmaq, istedadlı məktəbliləri üzə çıxarmaq, onların milli-mənəvi sərvətlərimiz və incəsənətimiz haqqında daha geniş biliklərə sahib olmalarına kömək göstərməkdir.
Bədii ədəbiyyat, kino, rəqs, musiqi, bəstəkarlar, rəsm əsərləri və rəssamlar, memarlıq və memarlıq abidələri üzrə qruplaşdırılmış dörd mərhələdən ibarət yarışın qalibi 16 düzgün cavabla 8 nömrəli məktəbi təmsil edən "Buta” komandası olub. İkinci yerə 14 düzgün cavabla 38 nömrəli məktəbi təmsil edən “Mozaika” komandası, 13 sualın cavabını tapan 16 nömrəli məktəbi təmsil edən “Simfoniya” komandası üçüncü yeri qazanıb.
Qalib komandanın üzvləri Sumqayıt Regional Mədəniyyət İdarəsinin fəxri fərmanı və kuboku ilə təltif edilib.

Tehsil-press.az


Sumqayıt şəhər Mərkəzi Uşaq Kitabxanasında bilik yarışı keçirilib

Sumqayıt şəhər Mərkəzi Uşaq Kitabxanasında bilik yarışı keçirilib

Sumqayıt şəhər Mərkəzi Uşaq Kitabxanasında bilik yarışı keçirilib

Oxşar xəbərlər