Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi Kitabxana və Xəzər Dünya məktəbinin təşkilatçılığı ilə bilik yarışı keçirilib. Yarışda Sumqayıt orta məktəblərinin 6 komandası – 14 nömrəli məktəbin “Ziya”, 17 nömrəli məktəbin “Göytürk”, 23 nömrəli məktəbin “Uğur”, 26 saylı məktəbin “Qarabağ”, 38 nömrəli məktəbin “Atilla”, Xəzər Dünya məktəbinin “Dünya məktəbi” birincilik uğrunda mübarizə aparıblar. Şagirdlərə ümumilikdə 25 sual verilib. tarixçi-alim, Respublikanın Əməkdar müəllimi Bəhram Məmmədli , tədqiqatçı-tarixçi, jurnalist Tahirə Zeynalova, Sumqayıt Mərkəzi kitabxanasının əməkdaşları Natəvan Axundzadə və Nailə Əsgərovadan ibarət münsiflər heyətinin ümumi rəylərinə əsasən 21 balla “Qarabağ” I – yerə, 20 balla “Uğur” II-yerə, 18 balla “Atilla” III – yerə layiq görülüblər.
Sumnqayıt şəhər Nizami Gəncəvi adına Kitabxana Klubda “Sən elə bir zirvəsən” adlı tədbir keçirilib. Tədbirdə ulu öndərin həyatı və fəaliyyəti haqqında məlumat verilib, oxucu Onur Rəhimlinin “Liderlik zirvəsi” adlı məruzəsi dinlənilib, oxucuların ifasında ümummlilli liderə həsr olunmuş şeirlər əsasında kompozisiya nümayiş olunub. “Azərbaycanın özü qədər əbədi” adlı kitab sərgisinin xülasəsi verilib.
Gənclər kitabxanasında 16 saylı orta məktəbin şagirdlərinin iştirakı ilə “Heydər Əliyev Dühası: Dahilik, Zaman və Müasirlik” mövzusunda “dəyirmi masa” keçirilib. Tədbirdə ulu öndərin həyatı və fəaliyyəti haqqında geniş məlumat verilib. Sonra oxucuların fikirlıəri dinlənilib. Tədbirin sonunda “Dəyirmi masa”nın iştirakçıları ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən kitab sərgisi ilə tanış olub, “Heydər Əliyev - Dahi şəxsiyyət” sənədli filmini izləyiblər.
Mərkəzi Uşaq Kitabxanasında 11 nömrəli orta məktəb şagirdlərinin iştirakı ilə “Böyük ömrün dastanı” adlı ədəbi-bədii kompozisiya keçirilib. Tədbirdə ümummilli liderin siyasi fəaliyyəti, dövlət quruculuğu sahəsindəki xidmətləri haqqında geniş məlumat verilib. Daha sonra çıxış edən Mərkəzi Uşaq Kitabxanasının müdiri Nailə Tağıyeva, 11 nömrəli məktəbin kitabxana müdiri Ruhiyyə Şərəfxanova, dərnək rəhbəri İradə Sadıxova ümummilli liderin şərəfli və mənalı ömür yolundan, təhsilə, mədəniyyətə qayğısından söz açıblar. Tədbirdə 11 nömrəli məktəbin şagirdlərinin ifasında Zəlimxan Yaqubun ümummilli liderə həsr olunmuş “Böyük ömrün dastanı” poeması əsasında hazırlanmış bədii kompozisiya nümayiş olunub, məktəbin xor kollektivinin ifasında musiqisi Kəmaləddin Heydərova, sözləri nəğməkar-şair Baba Vəziroğluna aid olan “Xalq Heydər söyləyəcək” mahnısı dinlənilib, ulu öndərin həyat və fəaliyyətindən bəhs edən sənədli film izlənilib, “Yaşayan və yaşadan lider” adlı kitab sərgisi haqqında məlumat verilib.
Şəhər Mədəniyyət Evinin özfəaliyyət kollektivi “N” saylı hərbi hissədə konsert proqramı ilə çıxış edib. Konsertdə “Şəms" instrumental ansamblının ifasında instrumental musiqilər, (bədii rəhbər Rasim Hüseynov), solistlər Kseniya Məmmədova, Kənan Quliyev, İlahə Nəbi qızının ifasında xalq mahnıları, gənc müqənillər Zaur Yusifli, Kamil Aqazadə, Sevda Akkayanın ifasında Azərbaycan bəstəkarlarının mahnıları, Natiq Ayxanın ifasında estrada, Svetlana Aslanovanın ifasında hind mahnıları maraqla dinlənilib.
Abşeron rayon Ceyranbatan qəsəbə uşaq incəsənət məktəbində viktorina keçirilib. Viktorinada məktəbin nəzəriyyə şöbəsinin şagirdlərindən ibarət “Şur” və “Rast” komandaları yarışıblar. 3 turdan ibarət olan intellektual yarışmanın qalibi “Şur” komandası olub. Komandaların hər bir üzvü müxtəlif hədiyyələrlə mükafatlandırılıb.
Zəngilan rayon kənd klubunda "DAHİ" adlı bilik yarışması keçirilib. Yarışmada Zəngilan rayon orta məktəb şagirdləri iştirak edib. Qaliblər diplomlarla təltif olunub.
Qubadlı rayon Mahmudlu kənd Mədəniyyət evində “Heydər Əliyev müasir gənclərin gözü ilə” mövzusunda diskussiya keçirilib. Tədbirdə Ulu Öndərin həyat yolunu əks etdirən video çarx numayiş olunub, məruzələr dinlənilib, şeirlər ifa olunub.
Sumqayıt Regional Mədəniyyət idarəsinin
Mətbuat xidməti