Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) əməkdaşları bu ali məktəbin tərəfdaşlarından biri olduğu “Azərbaycan universitetlərində keyfiyyətin təminatı mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi” (EQAC) layihəsi çərçivəsində İspaniyada təlimdə iştirak ediblər.
Təlim Avropa İttifaqının “Erasmus+” proqramı üzrə Bakı Biznes Universitetinin koordinatorluğu ilə həyata keçirilən EQAC layihəsi çərçivəsində təşkil olunub.
Layihədə Təhsil Nazirliyi, ölkəmizin 11 ali təhsil müəssisəsi və Avropadan 5 tərəfdaş müəssisə iştirak edib.
Tədbirdə xarici ekpertlər tərəfindən təhsildə keyfiyyətin təmin olunması siyasəti və alətlər, müxtəlif sorğuların aparılmasının əhəmiyyəti, tədris və idarəetmənin keyfiyyətinin qiymətləndirilməsi, ali təhsildə keyfiyyətin təminatı ilə bağlı beynəlxalq təcrübə, standartlar və s. haqqında təqdimatlar olub.
Təlimin ilk günündə Azərbaycan universitetlərinin hər biri özünütəhlil hesabatlarını təqdimat şəklində nümayiş etdirib.
Avropa ali təhsil məkanında keyfiyyətin təminatı üzrə standartlar və qaydalara müvafiq olaraq hazırlanmış hesabatlar ekspertlər tərəfindən dəyərləndirilib, tövsiyələr verilib.

Mətbuat Xidməti