Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbələri İstanbulda təlim-təcrübə proqramında iştirak ediblər

Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbələri İstanbulda təlim-təcrübə proqramında iştirak ediblər Azərbaycan Memarlıq İnşaat Universitetinin (AzMİU) tələbələri İstanbul Su və Kanalizasiya İdarəsində təlim-təcrübə proqramında iştirak ediblər.
Universitetin 20 tələbəsi İstanbul Su və Kanalizasiya İdarəsinin əldə etdiyi təcrübə ilə tanış olaraq yeni bilik və bacarıqlara yiyələnib, nəzəri biliklərini təcrübədə daha da möhkəmləndiriblər.
Təcrübə müddətində azərbaycanlı tələbələrin yeni hava limanının inşaat meydanında, Yavuz Sultan Səlim körpüsündə texniki araşdırma gəzintiləri təşkil edilib.
Bundan başqa, AzMİU-nun tələbələri İstanbulun tarixini və bu gününü əks etdirən memarlıq abidələri ilə tanış olublar.
Sonda tələbələrimizə sertifikat və hədiyyələr verilib.

AzMİU-nun Mətbuat Xidməti


Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbələri İstanbulda təlim-təcrübə proqramında iştirak ediblərAzərbaycan Memarlıq və İnşaat Universitetinin tələbələri İstanbulda təlim-təcrübə proqramında iştirak ediblər

Oxşar xəbərlər