Nazirlər Kabinetinin qərarları ilə müvafiq olaraq “Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması Qaydaları”nda, “Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında tələbə qəbulu Qaydaları”nda, “Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında tələbə qəbulu Qaydaları”nda, “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nda dəyişiklik edilib.
Dəyişikliklər ümumi təhsil məktəblərində təhsilalanların buraxılış imtahanını, eləcə də orta ixtisas və ali məktəblərə qəbul imtahanını rus dilində verən abituriyentlər üçün keçirilən Azərbaycan dili (dövlət dili kimi) fənnindən imtahanın davametmə müddətinin “45 dəqiqə” əvəzinə “1 saat 30 dəqiqə” müəyyən edilməsini nəzərdə tutur.
Qeyd olunub ki, respublikanın təhsil sistemində tətbiq edilən fənn kurikulumunun təlim nəticələrinə əsasən, bu imtahanda dinləyib-anlama bacarıqları da yoxlanılacaq. İmtahanda şagirdlərə 30 tapşırıq - dinləyib-anlamaya dair 1 mətn və mətnə aid 4 (3 qapalı + 1 cavabı yazı ilə ifadə olunan açıq tipli), oxuyub-anlamaya dair 2 mətn və hər mətnə aid 8 (7 qapalı + 1 cavabı yazı ilə ifadə olunan açıq tipli) və dil qaydaları üzrə bilik və bacarıqların yoxlanması üçün 10 qapalı tipli tapşırıq təqdim edilir.
İmtahan iştirakçılarının toplaya biləcəkləri maksimal bal 100-dür. Qapalı tipli tapşırıqların hər birinin düzgün cavabı 1 balla, açıq tipli tapşırıqların hər birinin cavabı qiymətləndirmə meyarlarına uyğun olaraq 1, ½ və ya 0 balla qiymətləndirilir. Səhv cavablar yekun bala təsir göstərmir. İmtahan balı hesablanarkən tapşırıqlara verilmiş balların cəmi 10-a vurulduqdan sonra 3-ə bölünür. Bu imtahanın nəticəsi şagirdin yekun attestasiya sənədinə yazılır.
Ali və ya orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün abituriyentlərin balı 50 və daha yuxarı olduqda “məqbul” qiymət almış hesab olunur və onlar müsabiqəyə buraxılırlar.
Tehsil-press.az