Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) kimya və biologiya fakültəsinin elmi şurasının iclası keçirilib.
İclasda fakültənin dekanı, elmi şuranın sədri, dosent Elnarə Mehbalıyeva 2019-2020-ci tədris ilinin payız semestrinin qış imtahan sessiyasının nəticələri haqqında geniş məlumat verib.
Daha sonra 2019-2020-ci tədris ilinin yaz semestrinə hazırlıqla bağlı kafedra müdirlərinin çıxışları dinlənilib. Biologiya müəllimliyi, kimya müəllimliyi, kimya və biologiya müəllimliyi ixtisasının IV və V kurs tələbələrinin pedaqoji təcrübəyə hazırlıq vəziyyəti ilə bağlı Biologiya və onun tədrisi texnologiyası kafedrasının müdiri, dosent Anaxanım Yusifova, Ümumi kimya və kimyanın tədrisi texnologiyası kafedrasının müdiri, dosent Reyhan Ağayeva məlumat verib.
Tədbirdə 2019-2020-ci tədris ilinin payız semestrinin qış imtahan sessiyasının nəticələrinə görə təqaüdlə bağlı dekan müavini, biologiya üzrə fəlsəfə doktoru Elnarə Muradovanın məlumatı dinlənilib. Həmçinin elmi katib, dosent Gülnarə Babayeva cari məsələlərlə bağlı çıxış edib.
İclasda 1 dərslik, 4 dərs vəsaiti, 10 fənn proqramının nəşri geniş müzakirələrdən sonra məqsədəmüvafiq hesab edilib.
Tehsil-press.az