ADPU-da yaz semestrinin imtahan sessiyasına hazırlığın vəziyyəti geniş müzakirə edilib

ADPU-da yaz semestrinin imtahan sessiyasına hazırlığın vəziyyəti geniş  müzakirə edilib Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) 2018-2019-cu tədris ilinin yaz semestrinin imtahan sessiyasına hazırlığın vəziyyəti ilə bağlı geniş tərkibdə iclas keçirilib. İclasda ADPU-nun rəhbərliyi, fakültə dekanları, kafedra müdirləri, şöbə və bölmə müdirləri, Həmkarlar İttifaqı Komitəsinin, Tələbə Həmkarlar İttifaqı Komitəsinin, Tələbə Gənclər Təşkilatının nümayəndələri, imtahan rəhbərləri və nəzarətçilər, universitetdə fəaliyyət göstərən İctimai Şuranın üzvləri və media nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Tədris işləri üzrə prorektor, dosent Eldar Aslanov bildirib ki, bugünkü tədbirin keçirilməsində əsas məqsədimiz yaz semestrinin imtahan sessiyasına hazırlğın vəziyyətini geniş müzakirə etməkdir. Dosent E. Aslanov qeyd edib ki, yaz semestrinin imtahan sessiyası Tədris Departamentinin İmtahan və monitorinq şöbəsi tərəfindən idarə olunacaq. Yaz semestrinin imtahan sessiyası iyun ayının 3-dən iyul ayının 1-dək davam edəcək. İmtahanlar 5 gün, 3 növbədə keçiriləcək. İmtahan biletlərinin sualları tələbələrə çatdırılıb. Yaz semestrinin imtahan sessiyasında 10 mindən çox tələbə iştirak edəcək. İyunun 17-dən iyunun 30-dək Yekun Buraxılış Dövlət Attestasiyası keçiriləcək. ADPU-nun rektoru, professor Cəfər Cəfərovun müvafiq əmri ilə İmtahan Qərargahı, Apelyasiya Komissiyası yaradılıb. İmtahan Qərargahının rəhbəri dosent Nazilə Abdullazadədir. Apelyasiya Komissiyasının sədri dosent Asif Axundovdur. İmtahan sessiyasında Tələbə Gənclər Təşkilatının, Tələbə Həmkarlar İttifaqı Komitəsinin üzvləri fəal iştirak etməlidirlər. Biz vahid komanda halında yaz semestrinin imtahan sessiyasının mütəşəkkil, şəffaf və obyektiv keçirilməsi üçün əzmlə çalışmalı, bütün səylərimizi birləşdirməliyik.
Tədris Departamentinin direktoru, dosent Sənan Əliyev, Cəbr və həndəsə kafedrasının müdiri, dosent Zahirəli Sadıxov, Türk və Şərqi Avropa xalqları tarixi və tarixin tədrisi metodikası kafedrasının müdiri, dosent Rəcəb Əliyev, Ədəbiyyat və onun tədrisi metodikası kafedrasının dosenti Fəxrəddin Yusifov və başqaları çıxış edərək yaz semestrinin imtahan sessiyasının çevik və mütəşəkkil keçirilməsi, qiymətləndirmənin düzgün aparılması ilə bağlı fikir və mülahizələrini bölüşüblər.
Sonda rektor Cəfər Cəfərov yaz semestrinin imtahan sessiyasının şəffaf, ədalətli və qanun çərçivəsində keçirilməsi üçün öz tapşırıq və tövsiyələrini verib.

ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi


ADPU-da yaz semestrinin imtahan sessiyasına hazırlığın vəziyyəti geniş  müzakirə edilib

ADPU-da yaz semestrinin imtahan sessiyasına hazırlığın vəziyyəti geniş  müzakirə edilib

ADPU-da yaz semestrinin imtahan sessiyasına hazırlığın vəziyyəti geniş  müzakirə edilib

Oxşar xəbərlər