Milli Kitabxananın nəşrləri Tarix İnstitutuna təqdim ediləcək

Milli Kitabxananın nəşrləri Tarix İnstitutuna təqdim ediləcək Azərbaycan Milli Kitabxanasının son illərdə nəşr olunan kitabları Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutuna təqdim ediləcək.
Tədbirin təşkilatçıları Mədəniyyət Nazirliyi, Tarix İnstitutu və Milli Kitabxanadır.
Milli Kitabxananın son nəşrləri arasında “Azərbaycan kitabı” çoxcildliyi, “İslam”, “Multikulturalizm”, “Azərbaycanın tarixi abidələri və toponimləri”, “Azərbaycan Xalq Cümhuriyyəti”, “Azərbaycan xalçaları”, “Azərbaycan Milli Kitabxanası” və digər biblioqrafiyalar var. Həmçinin “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından fundamental biblioqrafiyalar da Tarix İnstitutuna təqdim ediləcək.

Tehsil-press.az

Oxşar xəbərlər