Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda elmi şuranın növbəti iclası keçirilib.
Əvvəlcə bu elm müəssisəsinin “tarix.gov.az” portalının yeni dizaynı və quruluşu müzakirə edilib. Elmi şuranın qərarı ilə portalın yeni variantı təsdiqlənib.
Tədbirdə Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov deyib: “Necə olur ki, biz xalq qəhrəmanımız Cavad xan Ziyadoğlu ilə qürurlanırıq, yadellilərə qarşı qəhrəmancasına duruş gətirən İrəvan xanları olan Qacarlarla fəxr edirik, amma Ağa Məhəmməd Şah Qacarı özümüzdən hesab etmirik - “yadelli işğalçı” adlandırırıq?!”. Alim vurğulayıb ki, tarixi şəxsiyyətlərimizi, o cümlədən Azərbaycan Xalq Cümhuriyyətinin xadimlərini qarşı-qarşıya qoymaq düzgün deyil. Onları tarixdə olduğu kimi, doğru-düzgün təqdim etmək lazımdır. Cümhuriyyət tarixi bizim şanlı tariximizdir.
İclasda, həmçinin üçcildlik “Azərbaycan tarixi”, “Zəngəzur tarixi” kitablarının nəşrə hazırlıq işləri müzakirə edilib və müəllif heyətinə tapşırıqlar verilib. Diqqətə çatdırılıb ki, Cənubi Qafqazda erməni dövləti ilk dəfə 1918-ci ildə yaradılıb. İndiki Ermənistanın ərazisi 1918-ci ilədək Azərbaycan xalqının tarixi torpağı olub və bu ərazi yeni “Azərbaycan tarixi” nəşrinə daxil ediləcək.

Hikmət Əliyev