Azərbaycan tarixinə dair bir sıra sənədlərin kataloqları Almaniyanın arxivlərindən ölkəmizə gətirilib

Azərbaycan tarixinə dair bir sıra sənədlərin kataloqları Almaniyanın arxivlərindən ölkəmizə gətirilib Prezident İlham Əliyevin “Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi haqqında” Sərəncamına uyğun olaraq, dekabrın 11-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda “Tarixin izi ilə” mövzusunda beynəlxalq elmi konfrans keçirilir.
Əvvəlcə konfrans iştirakçıları almanların Azərbaycanda məskunlaşma tarixi ilə bağlı Tarix İnstitutunun nəşr etdirdiyi kitabların sərgisi ilə tanış olublar.
Konfransı giriş sözü ilə açan Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov Azərbaycanın Avropa, o cümlədən Almaniya ilə siyasi və mədəni əlaqələrinin tarixi, ölkəmizə səyahət edən xarici səyyahların əsərləri, XIX əsrdə Azərbaycanın qərbində salınan alman məskənləri haqqında geniş məlumat verib. “Tarix İnstitutu Almaniyanın arxivlərində - Berlin şəhərinin Bundesarxivində, Xarici İşlər Nazirliyinin Siyasi Arxivində və Prussiya Mədəni İrsinin Gizli Dövlət Arxivində saxlanılan Azərbaycan tarixinə dair bir sıra sənədlərin kataloqlarını ölkəmizə gətirib”, - deyə akademik Yaqub Mahmudov qeyd edib.
Almanların Azərbaycanda məskunlaşmasının 200 illiyinə həsr olunan beynəlxalq konfransın təşkilatçıları Tarix İnstitutu və Alman-Azərbaycan Cəmiyyətidir. Konfransa Azərbaycan tarixçiləri ilə yanaşı, Türkiyə, Rusiya, Gürcüstan, Özbəkistan və Almaniyadan olan alimlər də məruzələrini təqdim ediblər.

Tehsil-press.az

Oxşar xəbərlər