Dəyirmi masa: Azərbaycan ədəbi dilinin tarixi inkişafında klassik tərcümə əsərlərinin rolu

Dəyirmi masa: Azərbaycan ədəbi dilinin tarixi inkişafında klassik tərcümə əsərlərinin rolu Azərbaycan Dillər Universitetində (ADU) “Azərbaycan ədəbi dilinin tarixi inkişafında klassik tərcümə əsərlərinin rolu” mövzusunda dəyirmi masa keçirilib. Elm və innovasiyalar üzrə prorektor, professor Novruz Məmmədov bu kimi tədbirlərin universitetdə təşkil olunmasını yüksək qiymətləndirib. O, tərcümənin mürəkkəb, lakin faydalı proses olduğunu bildirib.
Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, akademik Muxtar İmanov Azərbaycan ədəbiyyatında tərcümə ənənəsi olduğunu deyib. O, tərcümənin dilin bütün imkanlarını tanıdan sənət olduğunu bildirib.
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu klassik tərcümə sənətinin müasir tələblərindən danışıb. O, Şərq ədəbiyyatı nümunələrinin tərcümə prosesindən bəhs edib. Tərcümə sənətinin tarixinin qədim olduğunu deyən M.Nağısoylu klassik tərcümə sənətinin Azərbaycan ədəbi dilinin imkanlarına göstərdiyi təsirlərdən danışıb.
Filologiya fakültəsinin dekanı, professor Şahin Xəlili Avropa ədəbiyyatından, german dillərinin tərcümə nəzəriyyəsi və praktikası kafedrasının dosenti Yusif Savalan alman ədəbiyyatından tərcümələr haqqında məlumat veriblər.

Tehsil-press.az

Oxşar xəbərlər