12 may 2016- ci il tarixində Azərbaycan Dillər Universitetində (ADU) Çin dili və mədəniyyəti mərkəzinin təşkilatçılığı ilə "Azərbaycan-Çin ədəbi əlaqələri" adlı ədəbi-bədii tədbir keçirildi.
Öncə adıçəkilən mərkəzin müdiri, professor Rafiq Abbasov Azərbaycan və Çin arasında mədəniyyət sahəsində əməkdaşlığın səmərəli inkişafı haqqında danışaraq Azərbaycanın klassik və müasir ədəbiyyatı ilə Çin oxucusunun tanışlığının əhəmiyyətini vurğuladı. O, həmçinin Azərbaycan dilindən Çin dilinə bədii tərcümə prosesində meydana çıxan problemlərə diqqəti çəkdi.
ADU-nun Azərbaycan dili və ədəbiyyatı kafedrasının əməkdaşı Səadət Bəşirova Azərbaycan-Çin ədəbi əlaqələrinin tarixi haqqında məlumat verdi, yerli yazıçılarımızın əsərlərində Çin motivləri haqqında danışdı.
ADU-nun Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin Çinşünaslıq ixtisasında təhsil alan tələbələr Lu Sin, Din Lin, Ou Yanşan, Şao Utszi və Çin dili müəllimləri romanları Azərbaycanda nəşr və tərcümə edilmiş məşhur Çin yazıçılarının həyat və yaradıcılığı haqqında danışdılar. Onlar, həmçinin Süleyman Rüstəm, Rəsul Rza, Teymur Elçin, Hüseyn Arif və digər tanınmış yazıçılarımızın bədii yaradıcılığında yer alan Çin mövzusuna toxundular, əsərlərindən parçalar səsələndirdilər.
Tədbirdə, həmçinin ADU-nun Xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri, professor Aynur Sabitova və tələbələr iştirak edirdi.

Mətbuat və informasiya şöbəsi