Xameneyi seçkilərdə səs verdi

Xameneyi seçkilərdə səs verdi Xəbər verdiyimiz kimi, İranda parlament seçkiləri keçirilir.
Ölkənin Ali dini lideri Ayətullah Əli Xameneyi səsvermənin ilk saatlarında səs verib.
O, KİV-ə açıqlamasında seçki gününü “milli bayram” və “millətin vətəndaş hüquqlarını bərpa etmək günü” kimi təsvir edərək seçkidə iştirakın “dini vəzifə” olduğunu bildirib: “Seçki ölkənin milli maraqlarına zəmanət verir. Ölkənin milli maraqları ilə maraqlananlar seçkidə iştirak etməlidirlər”.
Qeyd edək ki, parlamentdə 290 yer uğrunda 7148 nəfər mübarizə aparır. Namizədliyini irəli sürənlərdən 800-ə yaxını qadındır.

Tehsil-press.az

Oxşar xəbərlər