BDU-nun Jurnalistika fakültəsinin müəllim və doktorantları Beynəlxalq elmi konfransda çıxış ediblər

BDU-nun Jurnalistika fakültəsinin müəllim və doktorantları Beynəlxalq elmi konfransda çıxış ediblər 1-2 oktyabr tarixlərində Naxçıvan Dövlət Universitetində “İnnovasiya və davamlı inkişaf: yeni ideyalar və həllər” adlı I Beynəlxalq elmi konfrans keçirilib.

Konfransda Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin dekan müavini, dosent Sevinc Əliyeva “Yeni media etikası: Netiket və ənənəvi jurnalistika etikası”, Multimedia və elektron kommunikasiya kafedrasının müəllimi  Arzu İsayeva “Yeni media mühitində data jurnalistikasının inkişaf trendləri”, Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının doktorantı Günel Qəribova “PR böhranlarının idarə edilməsi və sosial media” və Milli mətbuat tarixi kafedrasının doktorantı Mahir Qəribov “Əhməd Ağaoğlunun jurnalistika fəaliyyətində türkçülük və ideoloji mövzular” üzrə elmi məruzələrlə çıxış ediblər.

Konfrans müddətində Jurnalistika fakültəsinin müəllimləri Naxçıvan Dövlət Universitetinin Jurnalistika fakültəsinin I kurs tələbələri ilə də görüşüb, fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, innovasiya və texnoloji inkişaf sahəsində nəzəri və praktiki yeniliklərin müzakirəsi, yeni tədqiqat istiqamətlərinin yaradılması və elmi əməkdaşlıq imkanlarının genişləndirilməsi məqsədilə təşkil edilən konfransın materialları beynəlxalq meyarlara uyğun indekslənərək DOI (Rəqəmsal obyektin identifikatoru) kodu ilə elektron və çap variantlarında nəşr olunacaq.

Tehsil-press.az

Oxşar xəbərlər