Koronavirus nədən yayılıb? - İlk 3 ehtimal

Koronavirus nədən yayılıb? - İlk 3 ehtimal Bütün dünyanı təşvişdə saxlayan koronavirusun nədən qaynaqlanması ilə bağlı müxtəlif versiyalar səsləndirilir.
Ehtimallar daha çox yeni növ koronavirusun yarasa və ya ilandan insana yoluxması üzərindədir. Məsələ ilə bağlı hələlik rəsmi açıqlama olmasa da, virusun başladığı Uhan şəhərində, eləcə də Çinin əksər regionlarında dəniz məhsullarının satışı qadağan edilib.
Bəzi mütəxəssislərin fikrincə, virusun mənbəyi porsuq siçanları da ola bilər.
“Journal of Medical Virology”də yer alan araşdırmaların nəticələrinə görə, yeni virusun qaynağı yarasa göstərilsə də, insanlara yoluxmazdan əvvəl mutasiyaya uğrayıb. Virusa yoluxan xəstələrdən götürülən qan nümunələrindən alınan genetik kodlar müxtəlif növ heyvanlardan götürülmüş 217 koronavirusla qarşılaşdırılıb.
Mütəxəssislər 2019-nCoV-dəki protein kodlarının daha çox Çində rast gəlinən 2 ilan növündəki viruslarla uyğunluğunu müəyyən ediblər. İddialara görə, virus yarasadan ilana, ilandan isə insana yoluxub.
Yarasalar eyni zamanda henipaviruslarla quduzluğun yoluxmasına səbəb ola bilirlər.

Tehsil-press.az

Oxşar xəbərlər