Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzində Xocalı faciəsinin 28-ci ildönümünə həsr olunan tədbir keçirilib.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov, rayon icra hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri, rayon ictimaiyyətinin nümayəndələri və rayon ərazisində məskunlaşmış Xocalı sakinləri iştirak ediblər.
Tədbirə gələn qonaqlar Heydər Əliyev Mərkəzinin foyesində 5 nömrəli Uşaq İncəsənət Musiqi Məktəbinin şagirdlərinin Xocalı faciəsinə həsr olunan rəsm işlərindən ibarət kompozisiyaya baxıblar və 166 nömrəli tam orta məktəbin şagirdlərinin ifasında şeir dinləyiblər.
Tədbir iştirakçıları bir dəqiqəlik sükutla Xocalı soyqırımında həlak olanların xatirəsini yad ediblər. Sonra Xocalı hadisələrindən bəhs edən film nümayiş olunub.
Tədbiri giriş nitqi ilə açan Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova öz çıxışında qeyd edib ki, Xocalı faciəsi iki yüz ilə yaxın müddətdə erməni şovinist-millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı, ən qanlı, qəddar səhifəsidir.
Sonra Aydın Hüseynov çıxış edərək tarixdə analoqu olmayan, ötən əsrin sonunda dünyanın gözü qarşısında baş vermiş Xocalı soyqırımını yalnız soydaşlarımıza deyil, bütövlükdə bəşəriyyətə qarşı törədilmiş cinayət kimi səciyyələndirib.
Görüşdə Xocalıların arzu və təklifləri dinlənilib, onları narahat edən problemlərin həlli istiqamətində aidiyyəti qurumlara göstərişlər verilib.
Görüşün sonunda Qaradağ rayonu ərazisində məskunlaşmış 117 Xocalı ailəsinə rayon icra hakimiyyəti tərəfindən ərzaq yardım verilib.
Tehsil-press.az