31 mart 2018-ci il tarixində Qaradağ rayonu, Lökbatan qəsəbəsində Heydər Əliyev Mərkəzində 31 mart - Azərbaycanlıların Soyqırımı günü ilə bağlı ümumrayon tədbiri keçirilib.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Emil Abbasov, Milli Məclisin deputatı YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov, Bakı Dövlət Unversitetinin professoru Anar İsgəndərov və digər qonaqlar iştirak edib.
İlk öncə tədbir qonaqları Heydər Əliyev Mərkəzinin foyesində soyqırım ilə bağlı uşaqların çəkdikləri rəsmlərdən ibarət sərgi ilə tanış oldular.
Tədbiri Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini cənab Emil Abbasov açaraq soyqırıma məruz qalmış soydaşlarımızın əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilməsini xahiş edib. Daha sonra öz nitqində Azərbaycanlıların kütləvi surətdə qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi, və didərgin salınmasının XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindən biri kimi qiymətləndirib. Bu hadisələrə uzun müddət dəyər verilmədiyini söyləyərək, ümummilli lider Heydər Əliyevin 1918-ci ilin mart hadisələrinin 80-ci ildönümündə imzaladığı Sərəncamın erməni millətçilərinin hərəkətlərinə verilən ilk siyasi qiymət olduğunu vurğulayıb.
Daha sonra çıxış edən qonaqlar ötən əsrdə ermənilər tərəfindən xalqımızın başına gətirilən müsibətlərdən danışaraq, 1918-ci ildə Bakıda və Azərbaycanın digər bölgələrində ermənilərin törətdikləri qırğınlardan 100 il ötməsinə baxmayaraq, bu vəhşiliklərin xalqın qan yaddaşında əbədi iz buraxdığını qeyd ediblər. Ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırım və deportasiya siyasətinin bu gün özünü Dağlıq Qarabağla bağlı məlum hadisələrdə büruzə verdiyini, həm də ermənilərin xalqımıza qarşı olan tarixi münasibətin hələ də dəyişmədiyini bildiriblər.
Tehsil-press.az