Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsində Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş “Xocalı Harayı” adlı ədəbi-bədii tədbir keçirilib. Tədbirdə faciə qurbanlarının və Azərbaycanın dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Kimya fakültəsinin dekan müavini Taleh Qəhrəmanov, professorlar Teymur İlyaslı, Yasin Cəfərov, Namiq Şıxəliyev, tələbə Fidan Hüseyinli çıxış edərək Xocalı faciəsinin səbəbləri, bu soyqırımı törədənlər haqqında tarixi faktlara əsaslanan nitq söyləyib, Azərbaycan gənclərinin bu soyqırırmı aktının dünya ictimaiyyətinə çatdırılması üçün dövlətimizin ətrafinda sıx birləşməyə çağırıblar.
Ədəbi-bədii hissə ilə davam edən tədbirdə Xocalı hadisələri əsasında hazırlanmış videoçarx nümayiş olunub. Birinci kurs tələbələri Xocalı soyqırımına həsr olunmuş ədəbi-bədii kompozisiya təqdim ediblər.
Tehsil-press.az