Xocalı soyqırımını əks etdirən xoreoqrafik kompozisiya

Xocalı soyqırımını əks etdirən xoreoqrafik kompozisiya Bakı Xoreoqrafiya Akademiyasında (BXA) “Xocalı həftəsi” çərçivəsində akademiyanın rəhbərliyi və professor-müəllim heyətinin iştirakı ilə anım tədbiri keçirilib.
Tədbirdə akademiyanın rektoru, Əməkdar elm xadimi, professor Timuçin Əfəndiyev 28 il öncə Xocalıda baş vermiş soyqırımının insanlığa qarşı öz vəhşiliyinə və qəddarlığına görə ən dəhşətli kütləvi terror hadisələrindən biri kimi tarixə düşdüyünü və heç zaman unudulmayacağını vurğulayıb.
Rektor akademiyada “Xocalı həftəsi” çərçivəsində keçirilmiş bütün tədbirləri yüksək qiymətləndirib.
Daha sonra akademiyanın professor və müəllimləri tələbələrə Qarabağ həqiqətləri barədə ətraflı məlumat veriblər.
Tədbirin bədii hissəsində İncəsənət fakültəsinin tələbələri çıxış ediblər. Xalq Artisti Təranə Muradovanın rəhbəri olduğu III kurs tələbələri Ruslan Hacıyev, Rifan Qəhrəmanov və Surac Qurbanovun quruluş verdiyi “Qayıdış” bədii-xoreoqrafik kompozisiyası nümayiş olunub. Tələbələr rəqsin dili ilə hərbi geyim və texnikanı əks etdirən aksesuarlarla Xocalı soyqırımı anbaan canlandırıblar.
Mütəxəssislər çıxışı Xocalı soyqırımını əks etdirən uğurlu xoreoqrafik kompozisiya kimi dəyərləndiriblər.

Tehsil-press.az

Oxşar xəbərlər