İlahiyyat İnstitutunun tələbələri Milli Kitabxananın fəaliyyəti ilə tanış olublar

İlahiyyat İnstitutunun tələbələri Milli Kitabxananın fəaliyyəti ilə tanış olublar Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) tələbələri Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə Azərbaycan Milli Kitabxanasında olublar.
Tələbələrə kitabxananın tarixi, fəaliyyəti və bölmələri haqqında ətraflı məlumat verilib. Diqqətə çatdırılıb ki, Milli Kitabxana Qafqazda və Avropada ən zəngin kitabxana kimi tanınır. Burada saxlanılan nəşrlərin sayı 5 milyondan artıqdır. Milli Kitabxana biblioqrafiyaşünaslıq, kitabxanaşünaslıq sahəsində aparıcı müəssisə, ölkənin bütün kitabxanaları üçün elmi-metodik mərkəz, oxucular üçün kompleks kitabxanadır.
Milli Kitabxana 2005-ci ildə Avropa Milli Kitabxanalar Konfransı Beynəlxalq Təşkilatına üzvlüyə qəbul edilib. Keçmiş SSRİ ölkələri arasında Rusiyadan sonra bu təşkilata üzv olmuş ikinci dövlət Azərbaycandır.
Daha sonra tələbələr kitabxananın fondunda saxlanılan nüsxələrlə tanış olublar.
Qeyd edək ki, Azərbaycan İlahiyyat İnstitutu tələbələrin dünyagörüşünün, intellektual səviyyəsinin zənginləşdirilməsi, elmi tədqiqat işlərinin aparılmasına marağın artırılması, kitabxanalardan fəal istifadəni təmin etmək məqsədilə müxtəlif tədbirlər həyata keçirir.

Tehsil-press.az

Oxşar xəbərlər