Tələbələr Mikrobiologiya İnstitutunda aparılan tədqiqatlarla tanış olublar

Tələbələr Mikrobiologiya İnstitutunda aparılan tədqiqatlarla tanış olublar Azərbaycan Turizm və Menecment Universitetinin qida məhsullarının mühəndisliyi və Odlar Yurdu Universitetinin biologiya fakültəsinin tələbələri Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mikrobiologiya İnstitutunda olublar.
Tələbələrə müəssisənin tarixi, beynəlxalq əlaqələri və mikrobiologiyanın müasir istiqamətlərinə dair aparılan elmi-tədqiqat işləri haqqında məlumat verilib. Bildirilib ki, görüşün keçirilməsində əsas məqsəd AMEA-da elmlə təhsilin vəhdətinin təmin edilməsi, kadr hazırlığı sisteminin müasir standartlara uyğun təkmilləşdirilməsi, həmçinin elmi-tədqiqat işlərinin nəticələrinin tədris prosesində tətbiqinin həyata keçirilməsidir.
Sonra tələbələr institutun mikrobioloji texnologiya laboratoriyasında aparılan elmi-tədqiqat işləri, eləcə də müasir cihaz və avadanlıqların iş prinsipi ilə tanış olublar.

Tehsil-press.az

Oxşar xəbərlər