Milli Aviasiya Akademiyasının müəllim və tələbələri Mərkəzi Elmi Kitabxana tərəfindən mükafatlandırılıb

Milli Aviasiya Akademiyasının müəllim və tələbələri Mərkəzi Elmi Kitabxana tərəfindən mükafatlandırılıb Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) “Vikipediya”da məqalələrin yaradılması” mövzusunda təlimlər davam edir. Təlimlərin nəticəsi olaraq, son illər “Vikipediya”nın Azərbaycan bölməsdində məqalələr elmiləşir və etibarlı mənbələrlə zənginləşir.
Təlimlərdə iştirak edən Milli Aviasiya Akademiyasının müəllim və tələbələrinə “Vikipediya”da texnika və aviasiya mövzuları üzrə yaratdıqları məqalələrə görə MEK-in rəhbərliyi tərəfindən təşəkkürnamə və sertifikatlar təqdim edilib.
Mükafatlandırılan könüllülər bu günədək 50-yə yaxın məqalə yaradıb.
Milli Aviasiya Akademiyasının elmi tədqiqat işləri üzrə analitik şöbəsinin əməkdaşı, radioelektronika kafedrasının müəllimi Balaəhməd Hüseynzadə təlimlərin yüksək səviyyədə keçirildiyini bildirib: “Kursları yüksək səviyyədə təşkil olunmasına görə MEK-in rəhbərliyinə minnətdarlığımızı bildiriirk. Azərbaycanca “Vikipediya”da aviasiya sahəsində məlumatların artırılması məqsədilə Milli Aviasiya Akademiyasının tələbələrindən ibarət “Vikipediya” könüllüləri komandası var. Bu komandanın səmərəli çalışması üçün bizə metodik dəstək verən kitabxananın bütün əməkdaşlarına, xüsusən direktor müavini Elnur Eltürkə və təlimçi-müəllim Səbinə Abızadəyə minnətdarlığımı bildirirəm. İnanıram ki, gələcəkdə əməkdaşlığımız, qarşılıqlı əlaqələrimiz daha da möhkəmlənəcək”.

Tehsil-press.az



Oxşar xəbərlər